Accessibility links

Cim Mattis: ABŞ İraqa nefti ələ keçimək məqsədilə daxil olmayıb


Bazar günü ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların İraqdan neft ələ keçirmək niyyətində olmadığını deyib. Daha öncə Donald Tramp İraq neftini ABŞ-ın İraqdakı hərbi fəaliyyəti zamanı qazandığı qənimət adlandırıb və İslam Dövləti qrupunun əlinə keçməməsi üçün bu “qəniməti” ABŞ-ın ələ keçirməli olduğunu iddia edib.

Mattis onunla birlikdə İraqa gözlənilməz səfər edən müxbirlərə ABŞ-ın İraqa nefti ələ keçimək məqsədilə daxil olmadığını deyib.

Səfər İŞİD-i Mosulun qərb hissəsindən çıxarmaq məqsədilə keçirilmiş hərbi hücumun ikinci gününə təsadüf edir.

İslam Dövlətini məğlüb etməyə çalışan ABŞ-ın başçılıq etdiyi koalisiyaya komandirlik edən general-leytenant Stefen Taunsendlə görüşəndən sonra Mattis İraq ordusunun vəziyyətini tərifləyib.

O, İraqda baş naziri Heydər Əl-Əbədi, eləcə də bir sıra digər rəsmilərlə görüşəcək.

Mattis İslam Dövlətinə qarşı mübarizəni sürətləndirmək planı üzərində işləyir. Yanvarın 28-də Tramp bu planın 30 gün ərzində ona təqdim olunmasına dair göstəriş verib.

Bazar günü Mosul hücumu başlayanda Mattis ABŞ-ın bu mübarizədəki rolunun dəyişməyəcəyini deyib.

Bu rol isə hava hücumları həyata keçirmək və İraq qoşunlarına təlim keçməkdən ibarətdir.

XS
SM
MD
LG