Accessibility links

Sabiq ABŞ prezidenti Cimmi Karter xərçənglə mübarizə aparır [Video]


Sabiq ABŞ prezidenti Cimmi Karter xərçənglə mübarizə aparır
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Sabiq ABŞ prezidenti Cimmi Karter xərçənglə mübarizə aparır

Keçmiş prezident ağırlaşmalarla bağlı narahat olmadığını və müalicəyə başladığını deyib.

Qara ciyərindəki kütləni (törəmə) aldırqıdan bir neçə həftə sonra sabiq ABŞ prezidenti Cimmi Karter Atlantada yerləşən Karter Mərkəzində keçirilən mətbuat konfransında xərçəngin beyninə metastaz verdiyini açıqlayıb. Keçmiş prezident ağırlaşmalarla bağlı narahat olmadığını və müalicəyə başladığını deyib.

Ehtimal olunur ki, onlar xəstəliyi radiasiya terapiyası ilə uğurla müalicə edəcəklər və hazırda xəstəliyin digər əlamətləri yoxdur
Dr. Len Lixtenfeld

Çox açıq və səmimi bir şəkildə danışan Karter beyninin dörd bölgəsinə yayılan melanoma ilə mübarizə apardığını bildirib.

“Mən bir neçə həftəmin qaldığını düşünürdüm, amma narahat olmağa dəyməzmiş,” deyə o bildirib.

Len Lixtenfeld: “Bu, çox ciddi bir məsələninin son dərəcə heylətləndirici bir şəkiləd müzakirəsi idi.”

Amerika Xərçənq Cəmiyyətinin baş həkimi doktor Len Lixtenfeld deyir ki, cənab Karterin mübarizə apardığı xərçəng növü qeyri-adidir.

“Melanoma dəri xərçəngidir və adətən dəridə görünə biləcək bir ləkə və ya xal şəklində başlayır. Cənab prezidentdə isə əsas ləkəni tapmırlar. Bu isə o deməkdir ki, bu onun bədəninin hər hansısa başqa bir yerində ola bilər .Bu, zaman-zaman baş verir, ya da əsas ləkə geri çəkilib və qeyb olub,” deyə Dr. Lixtenfeld bildirib.

Cimmi Karter
Cimmi Karter

Cənab Karterin müalicə aldığı Emory Universitetinin həkimləri prezidentə bildiriblər ki, onun beynindəki şişlər iki millimetr ölçüsündədir. Onlar radiasiya və dərmanlardan ibarət bir müalicə növü məsləhət görüblər.

“Ehtimal olunur ki, onlar xəstəliyi radiasiya terapiyası ilə uğurla müalicə edəcəklər və hazırda xəstəliyin digər əlamətləri yoxdur. Beləliklə ən çətin halda bəlkə də bu, ən yaxşı vəziyətdir.”

Prezident Karterin oktyabr ayında 91 yaşının tamam olmasına baxmayaraq, Lixtenfeld deyir ki, onun fiziki və ruhi vəziyyəti çox yaxşıdır və bu, ən yaxşı nəticələrin əldə olunacağına ümid yaradır.

“Mən özümü necə hiss edəcəyimi təxmin edə bilmərəm, amma müalicəmlə əlaqəli hər bir şeydə həkimlərimin sözlərini dinləyəcəm.”

Mən özümü necə hiss edəcəyimi təxmin edə bilmərəm, amma müalicəmlə əlaqəli hər bir şeydə həkimlərimin sözlərini dinləyəcəm
Cimmi Karter

Karterin sözlərinə görə, bu, məşğul cədvəlində dəyişikliklər etmək, Insanlıq üçün Təbii Şərait təşkilatı, Emory Universiteti və Karter Mərkəzindəki fəaliyyətlərini yenidən nəzərdən keçirməli olduğunu göstərir.

O, noyabr ayından etibarən Karter Mərkəzinin idarə heyətinə nəvəsi Ceyson Karterin sədrlik edəcəyini açıqlayıb.

“Karter Mərkəzi Rozalin və mən əlimi çəkəndən sonra problemsiz fəaliyyət göstərməyə hazırdır.”

Lakin əgər hətta onun xərçənglə mübarizəsi Karteri gündəlik işlərdən uzaqlaşdırsa, sabiq dövlət baçşısı Karter Mərkəzinə həyata keçirilməsini istədiyi bir proqramın olduğunu deyir.”

“Mən sonuncu qvineya qurdunun məndən öncə ölməsini istəyirəm.”

Hazırda bütün dünyada on ikidən az Qvineya Qurdu xəstəliyi halı mövcuddur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG