Accessibility links

ABŞ-ın sabiq prezidenti Cimmi Karter xəstəxanada müalicə olunur


ABŞ-ın keçmiş prezidenti Cimi Karterin qara ciyərində əməliyyatdan sonra xəstəxanada müalicəsi davam edir.

Sabiq prezidentin qeyri-hökumət təşkilatı Karter Mərkəzinin açıqladığı bəyanatda deyilir ki, cənab Karterin əməliyyatı Corciya ştatının Atlanta şəhərində yerləşən Emori xəstəxanasında aparılıb. Bəyənatda onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Cənab karterin may ayında Quyanaya səfəri xəstəlik səbəbi ilə təxirə salmışdı. Sabiq prezident ölkədə keçirilməsi nəzərdə tutulan seçkiləri müşahidə edəcəkdi.

Corciyanın sabiq qubernatoru Cimmi Karter 1976-cı ildə seçkilərdə qalib gələrək ABŞ-ın 39-cu prezidenti olmuşdu. O, hakimiyyətdə bir dönəm qaldıqdan sonra 1980-ci ildə seçkilərdə respublikaçı Ronald Reqana məğlub olmuşdu. Dünya boyu səyahət edərək sülh, insan haqları və qlobal səhiyyəni təşviq etməsi nəticəsində Cimmi Karter 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdü.

XS
SM
MD
LG