Accessibility links

Çin ABŞ-ın planına etiraz edir


Çinin dövlət mediası Vaşinqtonun Asiya-Sakit okeanı hövzəsi ilə bağlı planını regional sabitliyə hədə törətdiyini bildirir. Çinin narazılığı ABŞ müdafiə naziri Leon Panettanın gələn bir necə il ərzində ABŞ hərbi gəmilərinin çox hissəsinin Asiya-Sakit okeanı regionuna yerləşdirəcəyini deməsi ilə baş qaldırıb. Nazir prosesin 2020-ci ildə başa çatdırılacağını bəyan edib.

Çin Vaşinqtonun məhz onu hədəf aldığını və bu addımın regionda parçalanmaya gətirib çıxaracağını bildirir.
ABŞ-ın müdafiə naziri Leon Panettanın Asiya-Sakit okeanı hövzəsi ölkələrinə 9 günlük səfərinə Sinqapur. Vyetnam və Hindistan daxildir.

XS
SM
MD
LG