Accessibility links

ABŞ müdafiə naziri Cənubi Çin Dənizindəki hərbi gəmini ziyarət edib


ABŞ müdafiə naziri Eş Karter Cənubi Çin Dənizindəki ABŞ hərbi gəmisini ziyarət edib.

Karter və onun malaziyalı həmkarı hərbi təyyarə daşıyan gəmini nəzarətdən keçirib və Dəniz donanması zabitlərindən Malaziya sahillərində keçirilən manevrlar barədə məlumat alıb.

Hərbi gəmiyə ziyarət bu yaxınlarda ABŞ-ın hədəfli raket dağıdıcısı Dubi Reef-dən 22 km məsafədəki Spratli Arxepelaqlarında vurulduqdan bir neçə gün sonra baş verib.

Pekin keçən il nəhəng inşa işləri başladaraq bu rifləri adalara çevirir və bu süni yaradılmış torpaqlarda yollar və obyektlər salaraq Filippin, Vyetnam, Tayvan və regiondakı başqa Asiya dövlətlərinin oradakı iddialarına məhəl qoymur.

ABŞ Çini Cənub Çin Dənizində inşaat işlərini dayandırmağa çağırıb və Çinin bu addımını regionda sabitliyi pozmaq cəhdi kimi qiymətləndirib.

Bu mübahisə Kuala Lumpurda keçiriləcək ASEAN müdafiə nazirlərinin görüşünə kölgə salıb. Nazirlər hətta forumun sonunda ənənəvi birgə bəyanat açıqlamağa müvəffəq olmayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG