Accessibility links

Çinin baş naziri Avropa səfərini davam etdirir


Çinin baş naziri Avropa səfərini davam etdirir

Çinin baş naziri Avropa səfərini davam etdirir

Çinin baş naziri Ven Ciabao Avropaya səfəri çərçivəsində Böyük Britaniyadadır.

Britaniya və Çin bu gün iki ölkə arasında yeni 2.2 milyard dollarlıq ticarət sazişinə dair razılığın əldə edildiyini elan edib. Bəyanat Londonda Çinin baş naziri və onun britaniyalı həmkarı Deyvid Kameron arasında görüşdən sonra açıqlanıb.

Dünən cənab Ven İngiltərənin Birmingem şəhərində çinli biznesmenə məxsus Longbridge MG avtomobil zavodunda olub. O, son 15 ildə ilk yeni MG modelini təqdim edib.

Zavodun qarşısında isə Çinin nəzarətində olan Tibetə azadlıq tələbi ilə nümayişçilər toplaşıb.

XS
SM
MD
LG