Accessibility links

Çin baş naziri hərbi silahların yenilənməsinin vacibliyini vurğulayıb


Çin baş naziri Ven Tsiabao deyib ki, Pekin daha geniş hərbi əməliyyatları yerinə yetirmək üçün silahlı qüvvələrin yeniləşdirilməsini davam edəcək.

Kommunist partiyası silahlı qüvvələrin inqilabiləşdirilməsi və müasirləşdirilməsinə tam nəzarət etmək istəyir. Cənab Ven bu açqılamaları bu gün Kommunist partiyasının Milli Xalq qurultayının açılışında çıxışı zamanı verib.

O deyib ki,yeni dövrün tarixi missiyalarını yerinə yetirmək üçün silahlı qüvvələr müasirləşdirilməli və müəyyən standartlaşdıra uyğunlaşdırılmalıdır.

"Biz geniş hərbi tapşırıqları yerinə yetirmək üçün silahlı qüvvələrimizin imkanlarını genişləndirməliyik və bunların ənmühüm məlumat-informasiya dövründə yerli müharibələrdə qələbə çalmaqddan ibarətdir"-deyə o bildirib.

XS
SM
MD
LG