Accessibility links

Çində güclü yağışlar daşqınlara səbəb olub


Çinin cənub və şərq bölgələrində iki həftədir sürən güclü yağışlar və daşqınlar nəticəsində azı 200 nəfərin öldüyü, ya da itkin düşdüyü bildirilir.

Rəsmilər həmçinin təbii fəlakətin böyük maddi zərər vurduğunu və məhsula dəyən zərərin 7 milyard dollar təşkil etdiyini bildirir.

Çinin rəsmi Sinhua xəbər agentliyinin veridiyi məlumata görə, Hubey və Anhuy vilayətlərinin 17 miliyondan çox sakini daşqınların təsirinə məruz qalıb və 1,4 miliyon hektar əkin sahəsi yarasız vəziyyətə düşüb. Hubeydə dəmir yolları və əsas magistral yollar bağlanıb.

Xəbər agentliyi bildirib ki, Hubey vilayətinin rəsmiləri baş verə biləcək daşqınların qarşısını almaq üçün su anbarlarının dibini partlayıcılar vasitəsilə dərinləşdirib.

Meteoroloqlar Çinin cənubunda yağışlarla müşayiət olunan hava şəraitinin iyunun 18-dən başladığını bildirir.

Rəsmilər gələn günlər Çinin Hunan vilayətində daha çox yağış nəticəsində torpaq sürüşmələri, daşqınlar və başqa "geoloji fəlakətlərin" baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG