Accessibility links

Çin döyüşləri dayandırmağa və Liviya böhranını dinc yolla həll etməyə çağırıb


Çin döyüşləri dayandırmağa və Liviya böhranını dinc yolla həll etməyə çağırıb
Çin döyüşləri dayandırmağa və Liviya böhranını dinc yolla həll etməyə çağırıb

Çin BMT təhlükəsizlik şurasının səlahiyyətindən kənarda NATO-nun hər hansı fəaliyyətinə mənfi yanaşır

NATO hava hücumları nəticəsində Müəmmər Qəzzafinin oğlu həlak olduqdan sonra Çin Xarici İşlər Nazirliyi Liviyada atəşkəsə dair çağırışlarını yeniləyərək orada mülki vətəndaşların həlak olmalarından Çinin narahat olduğunu deyib.

Xarici İşlər Nazirliyinin sözcüsü deyib ki, Çin BMT təhlükəsizlik şurasının səlahiyyətindən kənarda NATO-nun hər hansı fəaliyyətinə mənfi yanaşır.

Cianq Yu bütün tərəfləri döyüşləri dayandırmağa və Liviya böhranını dinc yolla həll etməyə çağırıb. Çin BMT Təhlükəsizlik Şurasının Liviyada mülki vətəndaşları müdafiə etmək üçün müdaxiləyə dair qətnamə üzərində səs verməkdən yayınmışdı.

Liviya hökumət rəsmiləri şənbə günü NATO hava hücumlarının Müəmmər Qəzzafinin 29 yaşlı oğlu Seyf əl Ərəb Qəzzafini və onun üç uşağını öldürdüklərini deyir. Hökumət hadisəni Liviya liderini qətlə yetirmək cəhdi adlandırıb.

XS
SM
MD
LG