Accessibility links

Çin hökuməti Sincana yardım ayırıb


Çin hökuməti Sincana yardım ayırıb
Çin hökuməti Sincana yardım ayırıb

Gündəlik Çin qəzeti bildirib ki, program ev tikintisi, işsizlik və təhsil sahəsini inkişaf etdirmək məqsədi daşıyır və “inkişaf etmiş cəmiyyət” yaratmaq niyyətindədir.

Çin dövlət mətbuatı bildirib ki, mərkəzi hökumət keçən il interetnik iğtişaşlar nəticəsində dağılmış Sincanın ucqar qərb regionuna 1.5 milyardlıq iqtisadi yardım planını təsdiq edib. Gündəlik Çin qəzeti Sincan ərazisində 82 şəhərin hazırkı plandan yardım alacağını xəbər verir. Bu plan Çinin inkişaf etmiş bələdiyyə əraziləri və əyalətlərinin inkişaf geri qalmış ərazilərin maliyyələşdirməsini tələb edir. Gündəlik Çin qəzeti bildirib ki, program ev tikintisi, işsizlik və təhsil sahəsini inkişaf etdirmək məqsədi daşıyır və “inkişaf etmiş cəmiyyət” yaratmaq niyyətindədir. Vilayətin paytaxtı olan Urumçi ərazisində etnik azlıq təşkil edən müsəlman uygurları ilə çoxluq təşkil edən han çinliləri arasında baş verən iğtişaşlar zamanı 200 insan ölmüş və 1700 nəfər yaralanmışdır. Çin iğtişaşların baş verməsində uyğurların müstəqillik qazanmasını müdafiə edən xarici qruplaşmaları günahlandırır.

XS
SM
MD
LG