Accessibility links

Virtual aləmdə Çin dili İngilis dilini üstələyə bilər


BMT-nin yeni araşdırması göstərir ki, hazırda İnternetdə ən çox istifadə olunan İngilis dilini Çin dili əvəz edə bilər.

BMT Genişzolaqlı Komissiyasının bildirdiyinə görə, virtual aləmdə İngilis dili 27 faizlə (565 milyon insan) ən çox istifadə edilən dildir.

Ancaq hesabatda deyilir ki, Çinin internet istifadəçiləri yüksək sürətlə artdığından 2011-ci ilin may ayınadək internetdə Çin dilindən istifadə edənlərin sayı 24 faizə (510 milyon) çatıb.

Araşdırmar ehtimal edir ki, əgər artım bu surətlə davam etsə, internetdə 2015-ci ilədək Çin dili İngilis dilini üstəyə bilər.

Dünyanın ən çox əhalisinə malik Çində internetdən istifadə edənlərin sayı 38 faizdir. ABŞ-da isə bu göstərici 80 faizə bərabərlər.
XS
SM
MD
LG