Accessibility links

Çin internetə senzuranı davam etdirəcək


Çin internetə senzuranı davam etdirəcək
Çin internetə senzuranı davam etdirəcək

Beynəlxalq ictimaiyyətdə bəziləri Çinin yüksək texnologiyaya əsaslanan metodlarının başqa avtoritar rejimlərdə populyarlaşmasından narahatdır.

Çin hökuməti internetə senzura tətbiq etmək siyasətini müdafiə edərək başqa dövlətləri onun daxili siyasətinə hörmət etməyə çağırıb. Lakin beynəlxalq ictimaiyyətdə bəziləri Çinin yüksək texnologiyaya əsaslanan metodlarının başqa avtoritar rejimlərdə populyarlaşmasından narahatdır.

Çin hökumətinin yeni ağ kağızında təccüblü heç nə yox idi. Rəsmi Pekin bir daha dünyanın ən çox əhalisi olan ölkədə sərt senzura praktikasını davam etdirəcək.

Çinin kommunist liderləri milli suverenliyi əsas gətirərək 400 milyon internet istifadəçisinin hərəkətlərinə nəzarət etməkdə qətidirlər.

Bu gün dərc edilmiş ağ kağızda bildirilir ki, senzura “dövlət təhlükəsizliyini və ictimai maraqları qorumağın vacib şərtidir.”

Bu nəzarət ABŞ və BMT tərəfindən kəskin təndiqlərə məruz qalıb. Pekindəki ABŞ səfirliyinin sözçüsü Suzan Stivenson deyir ki, Vaşinqton Çinin internet siyasətinə qarşı çıxır.

Onun sözlərinə görə Prezident Obama və dövlət katibi Klintonun dediklərinə uyğun olaraq ABŞ hökuməti internet və mətbuat azadlığını tam dəstəkləyir və senzuranın əleyhinədir.

Bir çox müşahidəçilər narahatdır ki, İran və Birma kimi ölkələr Çinin siyasətini təkrarlayırlar.

Çin hökuməti ağ kağızda bildirib ki, növbəti beş il ərzində əhalinin 45 faizinin internetə çıxışını təmin etmək əzmindədir.

XS
SM
MD
LG