Accessibility links

Çin şirkətlərinin İrana nüvə silahı inkişaf etdirməkdə yardım etməsi barədə məlumatları təkzib edib


Çin şirkətlərinin İrana nüvə silahı inkişaf etdirməkdə yardım etməsi barədə məlumatları təkzib edib

Çin şirkətlərinin İrana nüvə silahı inkişaf etdirməkdə yardım etməsi barədə məlumatları təkzib edib

Çin bəzi şirkətlərinin İrana nüvə silahı inkişaf etdirməkdə yardım etməsi barədə yayılan məlumatları təkzib edib. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Ma Jaoşu bu gün müxbirlərə deyib ki, Çin Tehrana qarşı sanksiyalarla bağlı beynəlxalq öhdəliklərini yerinə yetirib. Sözçü eləcə də, Çinin bu məsələ ilə bağlı Birləşmiş Ştatlara münasibətini bildridyini deyib.

Washington Post-un bazar günü dərc etdiyi məlumatda deyilirdi ki, bəzi Çin şirkətlərinin İrana qarşı qoyulan sanksiyalara məhəl qoymaması Birləşmiş Ştatlar rəsmilərini narahat edir. Adının açıqlanmadığı rəsmiyə istinadən qəzet ABŞ Dövlət Departamentinin Çindən bu məsələ ilə bağlı təhqiqat aparmasını xahiş etdiyini yazıb.

XS
SM
MD
LG