Accessibility links

Çin prezidenti: Korrupsiya Kommunist partiyasının sonuna gətirib çıxara bilər


Çinin vəzifədən gedən prezidenti Hu Tsintao Çinin mühüm qurultayın açılış mərasimində çıxış edərkən korrupsiyanın Komunist partiyasının hakimiyyətdə qalmasına ölümcül zərbə ola biləcəyinə dair xəbərdarlıq edib.

Pekinin Xalq sarayında 2000 nəfərdən artıq nümayəndənin önündə çıxış edən prezident Hu deyib ki, partiya “hər şeyin qanun qarşısında bərabər olduğuna əmin olmalıdır.”

O, böyük məmbləğdə rüşvət almaqda təqsirləndirilən və həyat yoldaşının britaniyalı biznesmeni qətlə yetirən, vəzifəsindən kənarlaşdırılmış yüksək vəzifəli siyasətçi Bo Şilaini vurğulamayıb. İş yüksək səviyyədə korrupsiya qalmaqalı və partiya daxilindəki dərin parçalanmanı aşkara çıxarıb.

Bir həftə davam edəcək partiyanın 18-ci qurultayı zamanı Cənab Hunun partiya sədrliyindən gedəcəyi gözlənilir. O vəzifəni mart ayında prezident olacaq vitse-prezident Şi Jinpingə təhvil verəcək. Yeni lider rəsmi korrupsiya səviyyəsi, həmçinin yoxsul və zəngin təbəqələr arasındakı uçurumla əlaqədar insanların görünməmiş narazılıqları ilə qarşılaşacaq.

Qurultayla əlaqədar Pekində ciddi təhlükəsizlik tədbirləri görülüb.
XS
SM
MD
LG