Accessibility links

Çin Koreya yarımadasında sabitliyin pozulmasını ittiham edir


Cənubi Koreyada Çinin baş naziri Ven Ciabao, Yaponiya baş naziri Yukio Hatoyama və Cənubi Koreya Prezidenti Li Myunq-bak arasında ikigün sürəcək zirvə görüşü başlayıb

Cənubi Koreyada Çinin baş naziri Ven Ciabao, Yaponiya baş naziri Yukio Hatoyama və Cənubi Koreya Prezidenti Li Myunq-bak arasında ikigün sürəcək zirvə görüşü başlayıb. Sammitin əsas mövzusu Cənubi və Şimalı Koreya arasında gərginliyin artmasıdır.

Sammitin başlanğıcında Yaponiya baş naziri Hatoyama rəsmi Seulun Şimalı Koreyanın onun hərbi gəmisini batırdığına görə beynəlxalq əməkdaşlıq yolu ilə cəzalandırılmasına yönələn səylərini dəstəkləyəcəyinə söz verib.

Çinin baş naziri Cənubi Koreyanın hərbi gəmisinin batması nəticəsində 46 dənizçinin ölümüilə bağlı başsağlığı verib.

Cənab Ven cümə günü Seulda Çinin Koreya yarımadasında sabitlikvə sülhün hər hansı bir yolla hədələnməsini ittiham edib.

Beynəlxalq araşdırmaların nəticəsi göstərir ki, Cənubi Koreya hərbi gəmisi Şimalı Koreyanın sualtı qayığıdan açılan torpedo ilə vurulduqdan sonra batıb.

Pxenyan hesabatı rədd edərək onu iftira adlandırıb.


XS
SM
MD
LG