Accessibility links

Çin məhkəməsi ölümlə nəticələnən zorakılıqlarda iştirak edənləri ölüm cəzasına məhkum edib


Çin məhkəməsi ölümlə nəticələnən zorakılıqlarda iştirak edənləri ölüm cəzasına məhkum edib

Çin məhkəməsi ölümlə nəticələnən zorakılıqlarda iştirak edənləri ölüm cəzasına məhkum edib

Çinin qərb regionunda ölümlə nəticələnən zorakılıqlarda iştirak edən 4 nəfər ölüm cəzasına məhkum edilib. Qaşqar və Hotan şəhərlərində keçirilən məhkəmələrdə həmin 4 nəfərə qarşı terrorçuluq da daxil edilməklə, qətl və yanğın törətmək üzrə ittihamlar irəli sürülüb. Məhkəmə daha iki nəfərə 19 il həbs cəzası hökmü çıxarıb.

İyul ayının 18-də Hotan şəhərində başlayan zorakılıqlar zamanı bir qrup etnik uyğurun polis idarəsinə hücum etdiyi və 4 nəfəri qətlə yetirdiyi, iyul ayının 30-u və 31-də isə Qaşqar şəhərində mülki vətəndaşlara qarşı hücumlar həyata keçirildiyi və restoranın yandırıldığı bildirilmişdi.

XS
SM
MD
LG