Accessibility links

Çin bin Laden əməliyyatındakı vetolyotun qalıqlarını nəzərdən keçirə bilər

  • Amerikanın səsi

Çin bin Laden əməliyyatındakı vetolyotun qalıqlarını nəzərdən keçirə bilər

Çin bin Laden əməliyyatındakı vetolyotun qalıqlarını nəzərdən keçirə bilər

Dərc olunmuş məlumatda deyilir ki, Çin mühəndislərinə Osama bin Ladenə qarşı reyddə istifadə olunan Amerika vertolyotunun qalıqlarını nəzərdən keçirməyə rəsmi şəkildə icazə verilib. ABŞ rəsmiləri müxbirlərə bildiriblər ki, Pakistan kəşfiyyat xidməti mühəndislərə vertolyotun şəkilini çəkməyə icazə verib. Xüsusi dizayn vertolyotu radardan yayındıra bilir.

May ayının ikisi reyd həyata keçirən ABŞ qüvvələri Abbotabad şəhərində əl-Qaidə liderinin istinadgahının divarına dəydikdən sonra vertolyotu məhv etmək istəyiblər, lakin vertolyotun quyruq hissəsi o qədər də zədələnməyib. Pakistanın Çinlə yaxın münasibətləri olduğundan Pakistan reyddən bir az sonra Çinə vertolyot qırıntılarını nəzərdən keçirməyə icazə verəcəyinə işarə edib. ABŞ rəsmiləri məsələni Pakistan rəsmiləri qarşısında qaldırdıqlarını, Pakistanın vertolyotun qalıqlarının başqa ölkələrin ekspertlərinə göstərilməsi iddialarını dandıqlarını deyiblər.

XS
SM
MD
LG