Accessibility links

Çin partlayış bölgəsində kimyəvi maddələr olduğunu təqdiq edib


Çin təsdiq edib ki, Tianjin liman şəhərində keçən həftə güclü partlayış baş vermiş anbar Sodium sianid və zəhərli kimyəvi maddələr saxlanılıb.

Xalq Azadlığı Ordusunun Pekin Hərbi Regionu üzrə hərbi qərargahlar rəisi Şi Luze deyib ki, başlayış ərazisindəki iki məntəqədə 100 tondan çox öldürücü kimyəvi maddələr olub.

Çin rəsmiləri habelə ölənlərin sayının bazar günü 112 nəfərə çatdığını bildirib. Dövlət mediasının məlumatına görə, onlardan ən azı 21-i yanğınsöndürəndir.

85 yanğınsöndürən də daxil olmaqla 100-ə yaxın insan itkin düşüb.

Dünən Çin rəsmiləri Tianjin şəhərində baş verən partlayışlardan sonra təcili evakuasiya elan edib.

The Beijing News-un məlumatına görə, zəhərli maddələrlə dolu anbarın 3 kilometrlik radiusundan əhali məcburi şəkildə köçürülür.

Hadisə yerində öldürücü natrium sionid maddəsi aşkar edilib. 200-dən artıq hərbi nüvə və biokimya mütəxəssindən ibarət komanda partlayışların baş verdiyi ərazidə yoxlanış aparır.

İndiyədək səlahiyyətli nümayəndələr evakusiya ərazisində zəhərli maddə olmadığını deyirdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG