Accessibility links

Çin və Afrika liderləri Pekində toplaşıb, ticarət və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir. Çinin ticarət naziri ölkəsinin Afrika qitəsində artmaqda olan təsirini yüksək qiymətləndirib.

Çen Deming 2011-ci ildə Çinin Afrika ölkələri ilə ticarət əlaqələrinin 166 milyard dollar təşkil etdiyini deyib.

Çinin Afrikaya yatırdığı investisiya ötən il 14.7 milyard dollara çatıb. Bu, iki il əvəllə müqayisədə 60 faiz artım deməkdir.

Son İllər Çin milyardlarla dollarlıq yatırımları ilə resusrslarla zəngin qitədə nüfuzunu artırmağa çalışır. Afrikada isə bəzilərini Çinin insan hüquqları göstəricilərinin aşağı olan ölkələrlə əlaqələri narahat edir.
XS
SM
MD
LG