Accessibility links

Çin prezidenti Hu Cintao ABŞ-a dörd günlük səfərini Çikaqo şəhərində başa vurur. Cənab Hu Çin dili və mədəniyyətini tədris edən məktəbə baş çəkməyi və daha sonra çinlilərin sahibkarlıq etdiyi avto-hissələr zavodunda yerli biznes liderləri ilə görüşməyi planlaşdırır. Dünən Çikaqoya gələn prezident Hu şəhərin meri Riçard Deyli ilə dəbdəbəli nahar ziyafətinə qatılıb. Ziyafətdə prezident Hu Çikaqonu Amerikanın sahibkarlıq və pioner ruhunun simvolu adlandırıb. Cənab Obama ilə birgə mətbuat konfransında cənab Hu Çinin insan haqları sahəsində çox işlər görməli olduğunu etiraf etmişdi. ABŞ qanunvericiləri habelə Çinin valyuta və iqtisadi siyasətindən qəzəblidirlər. Bir çoxları hesab edir ki, Çinin yürütdüyü siyasət Amerikanın istehsalat sənayesində iş yerlərinin azalmasına gətirib çıxarır.

XS
SM
MD
LG