Accessibility links

Çin prezidenti Hu Jintao bu gün ABŞ Kapitoli binasına gəlir


Çin prezidenti Hu Jintao bu gün ABŞ Kapitoli binasına gəlir

Çin prezidenti Hu Jintao bu gün ABŞ Kapitoli binasına gəlir

Konqresdə Çin valyuta siyasəti ətrafında hiddət artmaqda davam edir

Ağ Evdə şam yeməyində şərəfinə tostlar deyiləndən bir gün sonra, Çin prezidenti Hu Jintao bu gün ABŞ Kapitoli binasına gəlir. Burada o, Amerikanın ən sərt tənqidçiləri ilə üz-üzə gələcək. Konqresdə iki ən yüksək rütbəli rəsmilər, Senator Harry Reyd və Nümayəndələr Palatasının sözcüsü Con Beyner məşhur aktyorlar, siyasətçilər və musiqiçilərin də dəvət olunduğu dünənki şam yeməyinə dəvəti rədd ediblər. Onlar hər ikisi bu gün sadəcə cənab Hu ilə görüşü gözlədiklərini bildiriblər. Lakin Konqresdə Çin valyuta siyasəti ətrafında hiddət artmaqda davam edir. Onların fikrincə Çin valyutasının aşağı məzənnədə saxlanması amerikalıların işlərini və insan hüquqlarını əllərindən alır. Reyd bu həftə televiziya müsahibəsində cənab Hunu diktator adlandırıb.

XS
SM
MD
LG