Accessibility links

Çin prezidenti ölkənin qərbində baş verən zəlzələ qurbanları ilə görüşüb


Cənab Hu zəlzələ qurbanları ilə görüşmək üçün Çinqay vilayətinin Yuşu şəhərinə gedib

Bu gün Çin prezidenti Hu Cintao keçən həftə ölkənin qərbində 6.9 bal gücündə baş verən zəlzələdən sağ çıxanlarla görüşüb. Təbii fəlakətlə bağlı müzakirələr aparmaq üçün Cənubi Amerikada olan cənab Hu səfərini yarımçıq qoyaraq vətənə qayıdıb. O, zəlzələ qurbanları ilə Çinqay vilayətinin Yuşu şəhərində görüşüb.

Çinin rəsmi Şinhua xəbər agentliyinin bugünkü məlumatında zəlzələ nəticəsində ölənlərin sayının 1706-ya çatdığı deyilir. Çin rəzmiləri 12 000 insanın da yaralandığını bildirirlər. Xilasetmə dəstələri hələ də itkin düşənlərin axtarışını davam etdirir, lakin havanın şaxtalı keçməsi xilasetmə işlərinə mane olur.

XS
SM
MD
LG