Accessibility links

Nepartak tayfunu həftəsonu Çinin cənub-şərq sahilindəki Fucian əyalətini dağıntıya məruz qoyub. Qasırğa nəticəsində azı 6 insan həlak olub, 8 nəfər isə itkin düşüb.

Güclü külək və yağışla müşahidə olunan qasırğa evlərə və bizneslərə milyonlarla dollar dəyərində ziyan vurub. Bir çox ərazilərdə elektrik enerjisi kəsilib. Yüz minlərlə insan fırtınadan öncə daha təhlükəsiz ərazilərə köçürülüb.

Çin sahillərinə çatmazdan öncə Nepartak qasırğası Tayvanda azı iki insanın ölümünə, xeyli insanın isə yaralanmasına səbəb olub.

Zəifləyərək tayfun gücünü itirən qasırğanın Çinin mərkəz və şərq hissələrində artıq mövcud olan daşqınlara böyük təsir edəcəyi gözlənilir.

Tayfunlar ilin bu mövsümündə Cənubi Çin dənizində xarakterikdir.

XS
SM
MD
LG