Accessibility links

Çin İranla mübahisənin dinc yolla həllini arzulayır


Çin İranla mübahisənin dinc yolla həllini arzulayır
Çin İranla mübahisənin dinc yolla həllini arzulayır

Çin uzun müddət öz yaxın ticarət tərəfdaşına qarşı yeni sanksiyaların əleyhinə çıxmış və əvəzində İranla daha geniş dialoqa səsləmişdir.

Çin hökuməti bildirir ki, o, İranın nüvə fəaliyyətləri barədə yaranmış mübahisənin dinc yolla həllini arzulayır. Bu bəyanat ABŞ-ın rəsmi Pekinin Tehrana qarşı sanksiayaların tətbiq edilməsinə hazır olduğunu deməsindən sonraya təsadüf edir. Xarici işlər nazirliyinin sözçüsü Çin Qanq deyib ki, Çin məsələ ilə bağlı bütün tərəflərlə əməkdaşlıq edəcək. Onun bəyanatı İranın baş nüvə müzakirəçisi Səid Cəlilinin İranın nüvə proqramını müzakirə etmək üçün Pekinə gəldiyi vaxta təsadüf edir. Dünən ABŞ-ın BMT-dəki səfiri Suzan Rays bildirmişdi ki, Çin İrana qarşı sərt yeni sanksiyaların tətbiq edilməsi üzrə ilkin addımı atmağa razılıq verib. Çin uzun müddət öz yaxın ticarət tərəfdaşına qarşı yeni sanksiyaların əleyhinə çıxmış və əvəzində İranla daha geniş dialoqa səsləmişdir.

XS
SM
MD
LG