Accessibility links

Çin rəsmiləri Şimali Koreya lideri ilə görüşüb


Çin rəsmiləri Şimali Koreya lideri ilə görüşüb

Çin rəsmiləri Şimali Koreya lideri ilə görüşüb

Koreya yarımadasında vəziyyətlə və ikitərəfli əlaqələrlə bağlı konsensus əldə edib

Çinin rəsmi mediasının məlunatına görə, ölkənin ali diplomatları Şimali Koreya lideri Kim Conq İllə danışıqlar aparın. Şİmali Koreya paytaxtında verilən qısa xəbərdə deyilir ki, cənab Kim və Çinin dövlət müşaviri Dey Binqquo Koreya yarımadasında vəziyyətlə və ikitərəfli əlaqələrlə bağlı konsensus əldə edib.

Şinxua xəbər agentliyinin bugünki məlumatı Çinin müttəfiqi olan Şimali Koreyaya təzyiq göstərməsi üçün çağırışların artdığı vaxta təsadüf edir. ABŞ Hərbi Qərargahlar rəisi Maykl Mallen bu ismarıcı bu gün Tokioda da təkrar səsləndirib. O, Yaponiyanı Şimali Koreyanın hər hansı potensial hərbi təcavüzü zamanı ABŞ və Cənubi Koreyaya qoşulmağa çağırıb. Mallen Tokioya Yaponiyanın Hərbi Qərargahlar rəisi Ryoiçi Oriki və müdafiə naziri Toşimi Kitazava ilə danışıqlar aparmaq üçün gedib. Cənab Mallen bir gün əvvəl Cənubi Koreya rəsmilərinə deyib ki, o, Şimali Koreyanın hər hansı yeni hücumuna cavab olaraq hərbi təlimlərin təşkilində Yaponiyanın onlara qoşulacağına və təlimlərdə iştirakına ümid etdiyini bildirib.

XS
SM
MD
LG