Accessibility links

Çin Suriyada vətəndaş müharibəsindən ehtiyat edir


Çinin dövlət qəzeti Qərbin Suriya müxalifət qüvvələrini dəstəkləməsinin vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini yazır. People Daily qəzeti bu gün yazıb ki, Suriyada vətəndaş müharibəsi başladığı təqdirdə xarici hərbi müdaxilə lazım gələ bilər.

Qəzet həmçinin yazır ki, BMT Təhlükəsizlik Şurasının Ərəb Liqasının Suriyaya dair planını təsdiqlədyi qətnamə Suriyda daha da çox zorakılığa gətirib çıxara bilər. Planda Suriya prezidentinin hakimiyyətdən getməsinə çağırılır. Çin və Rusiya bu ayın əvvəlində irəli sürülən qətnaməni dəstəkləməyib.

Başqa bir Çin qəzeti, Global Times bu gün yazıb ki, Çin Ərəb Liqasının Suriya böhranını həll etmək səylərini dəstəkləyir. Qəzet həmçinin Çin hökumətinin Suriya hökuməti və müxalifətini zorakılığı dayandıraraq siyasi dialoqa başlamağa çağırdığını yazır.

XS
SM
MD
LG