Accessibility links

BMT müşahidəçiləri Suriyanın Əl-Həffə şəhərinə səfər edib

  • Amerikanın səsi

BMT müşahidəçiləri Suriyanın Əl-Həffə şəhərinə səfər edib. Dünən hökumət qüvvələrin bir həftə davam edən qızğın döyüşlərdən sonra Əl-Həffə şəhərinin nəzarətini ələ keçirib. Əsəd qüvvələrinin şəhərdə sakitliyi və təhlükəsizliyi bərqərar etdiyi deyilir.

Müşahidəçilər artıq bir neçə gün idi ki, şəhərə girməyə çalışırdılar. Onlar sünnilərin əksəriyyət təşkil etdiyi bu şəhərin sakinlərinin oranı tərk etdiyinin şahidi olub. Əl-Həffədə binalar yandırılıb, mağazalar boşaldılıb, küçələr insan cəsədləriilə doludur.
Çin Suriyaya qarşı sanksiyalar tətbiq edilməsinin əleyhinə çıxır. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Veyminin bildirdiyinə görə, Çin təzyiqlər deyil, beynəlxalq nümayəndə Kofi Annanın planını dəstəkləyir.

Rusiya da Qərb və ərəb ölkələrinin Suriya hökumətinə qarşı sanksiyaları rədd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Suriyaya silah satışını müdafiə edərək, havadan müdafiə sisteminin satışını beynəlxalq qaydalara zidd olmadığını deyib. Nazir bildirib ki, bu, Amerikanın müxalif qüvvələri silahla təmin etməsindən fərqlənir.

ABŞ dövlət katibi Hillari Klinton Vaşiqntonun Rusiyanın Suriyanı döyüş vertolyotları ilə təmin etməsindən narahatlıq hissi keçirdiyini deyib. O bildirib ki, Rusiya da daxil edilməklə, beynəlxalq ictimaiyyət müzakirələr masası arxasına keçib, vəziyyətlə bağlı ciddi ölçülər götürməlidir.

Suriyanın Homs və Rastan şəhərlərində isə döyüşlər davam edir. Bu gün 4 adamın həlak olduğu bildirilir.

Paytaxt Dəməşq yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 14 adam həlak olub.

Amnesty International-ın hesabatında hökumət qüvvələrinin sistematik şəkildə hüquq pozuntularına yol verdiyinə dair dəlillər əldə edildiyi bildirilir.

XS
SM
MD
LG