Accessibility links

Human Rights Watch təşkilatı Tibetlə təmas qrupunun yaradılmasına çağırır


BMT Baş Assambleyasının açılışında belə bir qrupun təşkil olunması müzakirə edilə bilər

Nüfuzlu insan haqları təşkilatı beynəlxalq ictimaiyyəti Tibetdə onsuz da pis olan insan haqlarının vəziyyətinin daha da ağırlaşmaması üçün Çin hökümətinə təzyiq göstərməyə və bu məqsədlə Tibetlə təmas qrupunun yaradılmasına çağırış edib.

“Human Rights Watch” təşkilatının bu gün açıqlanan bəyanatında Tibetdəki vəziyyətdən narahat olan dövlətləri gələn həftə keçiriləcək BMT-nin Baş Assembleyasında açılışında belə bir qrupun təşkil olunması məsələsini müzakirə etməyə çağırıb.

Nyu-Yorkda yerləşən təşkilat bildirir ki, Təmas qrupu Çin hökumətinə təziq edərək “Tibet nümayəndələri ilə nəticəsi olacaq danışıqların” bərpasını yenidən nəzərdən keçirə bilər. Human Rights Watch təşkilatı həmçinin belə bir təşəbbüsün Tibetdəki vəziyyətlə əlaqədər “beynəlxalq ictimaiyyətin artan narahatlığını” nümayiş etdirəcəyini bildirib.

2009-cu ildən bəri 50-ə yaxın tibetli Çin hökümətinin din və mədəniyyətə qarşı yürütdüyü repressiyalara etirazlarını bildirmək üçün özlərini yandırıblar. Xatırladaq ki, yuxarıda sadalanan bu ittihamları Çin hökuməti inkar edir. Özünü yandırmaqla etiraz bildirmə halının yalnız yeddisi keçən ay qeydə alınıb.

Human Rights Watch təşkilatı bildirir ki, Pekin belə etiraz hallarına qarşı kütləvi həbslər və təcridxanalarda saxlamalarla cavab verir. Çin həmçinin Tibet ərazisindən gələn xəbərlərin qarşısını almaq cəhdlərini gücləndirib.

Dünyanın ikinci iqtisadi qüdrəti olan Çin Tibet siyasətinə açıq şəkildə qarşı çıxan hökümətlərə diplomatik təziqlər göstərir. Çin hökuməti həmçinin bu mövzuya toxunan beynəlxalq forumlardan yayınaraq, bunun ölkənin suverenliyinə aid daxili məsələ olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG