Accessibility links

Çin Tibetin ruhani liderinin varisini təyin etmək istəyir


Çin Tibetin ruhani liderinin varisini təyin etmək istəyir
Çin Tibetin ruhani liderinin varisini təyin etmək istəyir

Çin bildirib ki, Tibetdən sürgün edilmiş mənəvi lider Dalai Lama qanuna görə ölümündən sonra onu kimin əvəz edəcəyinə dair qərar verə bilməz, bu haqda yalnız rəsmi Pekin qərar verə bilər. Xarici İşlər Nazirliyinin sözcüsü Honq Lei bu gün brifinqdə müxbirlərə bildirib ki, titul tibetli mənəvi liderin ölümündən sonra mərkəzi hökumət tərəfindən təltif ediləcək. O qeyd edib ki, ənənəvi praktika Dalai Lamaya özündən sonra gələcək lideri seçməyə icazə vermir. Şənbə günü 76 yaşlı Dalai Lama deyib ki, o, 90 yaşa çatanda “Dalai Lama” təsisatına rəhbərliyi kimin davam etdirəcəyinə dair qərar verəcəyini bildirilib. Eyni zamanda o, bu vəzifənin mövcud olub-olmayacağına əmin olmadığını bildirib.

XS
SM
MD
LG