Accessibility links

Çin və Rusiya ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurqulayıb


Çin və Rusiya ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurqulayıb
Çin və Rusiya ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurqulayıb

Dmitri Medvedev iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın yeni müstəviyə keçəcəyinə ümid etdiyini bildirib

Çin və Rusiya prezidentləri ölkələrinin strateji əməkdaşlıqlarını dərinləşdirmək üçün bərabər işləyəcəklərini vəd ediblər.

Prezident Hu Cintao və Dmitri Medvedev Çinin Haynan adasının cənubunda sabah başlayacaq inkişaf etmiş ölkələrdən ibarət BRICS qrupu adlı zirvə görüşündən bir gün əvvəl görüşüblər. Qrupun başqa üzvləri Braziliya, Hindistan və Cənubi Afrikadır.

Bu gün keçirilən ikitərəfli görüşlərin ardınca cənab Hu iki ölkə arasında ötən il strateji əməkdaşlıq sahəsində tərəqqi etdiklərini və bu əməkdaşlığın davam etdirilməsinə inandığını bildirmişdir.

Cənab Medvedev öz tərəfindən iki ölkə arasında iqtisadi və siyasi əməkdaşlığın yeni müstəviyə keçəcəyinə ümid etdiyini bildirib.

XS
SM
MD
LG