Accessibility links

Çin və Yaponiyanın baş nazirləri Şimalı və Cənubi Koreya arasındakı münaqişəni müzakirə etdi


Cənab Hatoyama Çin baş nazirinə müraciət edərək Şimali Koreyanın Cənubi Koreyanın hərbi gəmisini batırdığına görə cəzalandırılmasına yönələn səylərini dəstəkləməyinə çağırıb.

Çin baş naziri Vin Ciabao vəYaponiya baş naziri Yukio Hatoyama bazar ertəsi Tokyoda Şimalı və Cənubi Koreya arasında artan gərginliyin müzakirə etmək üçün görüşüb.Cənab Hatoyama Çin baş nazirinə müraciət edərək Şimali Koreyanın Cənubi Koreyanın hərbi gəmisini batırdığına görə cəzalandırılmasına yönələn səylərini dəstəkləməyinə çağırıb.

Cənubi Koreya bildirib ki, o, BMT-nin Təhlükəsizlik Şürasının mart ayında batan hərbi Çeonan gəmisi ilə əlaqədar tədbirlər götürməsinə tələb edəcək. Cənubi Koreya və beynəlxalq təhqiqatçılar Pxenyanı hərbi gəminin torpedo ilə vurmasında və 46 dənizçinin ölümündə günahlandırır. Pxenyan hesabatı rədd edərək onu iftira adlandırıb. Cənubi Koreya prezidenti Li Myunq-bak və cənab Hatoyama ilə şənbə günü keçirilən zirvə görüşündən sonra cənab Vin Koreyalar arasında münaqişənin aradan qaldırılması üçün mütləq ehtiyacın olduğunu bildirib. Lakin o, cənab Hatoyama və cənab Li kimi Şimalı Koreyanı hadisədə günahlandırmayıb.

XS
SM
MD
LG