Accessibility links

Çin hökuməti yuanı qlobal valyutaya çevirmək istiqamətində mühüm addıb atıb. Rəsmi Pekin yuanın dəyərini dollara nisbətdə ikiqat gücləndirmək haqda qərar verib.

Çin Xalq Bankı bəyan edir ki, bazar ertəsindən başlayaraq yuanın gündəlik ticarətində məzənnin 1 faiz qalxıb-düşməsinə icazə verəcək. İndiyədək bu limit 0.5 faizdə qərar tutmuşdu.

Çin rəsmiləri inanırlar ki, yuan ekvilibrium səviyyəsinə çatıb və artım tempinin azalmasına baxmayaraq Çin iqtisadiyyatı mühüm və struktural maliyyə islahatlarına tab gətirə bilər.

Bu addım Çinə gələn həftə Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçiriləcək toplantısında tənqidlərdən yayınmaq imkanı verəcək.

XS
SM
MD
LG