Accessibility links

Çin və ABŞ Paris Sazişini ratifikasiya edib


Amerika Birləşmiş Ştatları və Çin iqlim dəyişikliyi razılığının bu il qüvvəyə minməsinə kömək etmək üçün Paris Sazişinin ratifikasiyasını rəsmiləşdirib. Dünyanın havanı ən çox çirkləndirən iki ölkəsi tərəfindən belə bir addımın atılması mühüm inkişaf hesab edilir.

ABŞ prezidenti Barak Obama və Çin prezidenti Şi Cinpinq bunu Böyük İyirmiliyin sammiti keçirilən Hanqzu şəhərində keçirilən görüşləri zamanı bəyan edib.

"Bir gün bəlkə də biz bu anı planeti xilas edən qərar kimi görə biləcəyik" - deyə prezident Obama bildirib.

Prezident Şi isə deyib ki, o, bu bəyanatın faydalarının olacağına ümid edir. "Bizim iqlim dəyişikliyinə cavabımız gələcək insanlardan asılıdır" - deyə Çin prezidenti bildirib.

Çin dövlət mediası bu gün səhər saatlarında bəyan etmişdi ki, Dövlət Xalq Konqresi bir həftə davam edən müzakirələrdən sonra qərarı təsdiq edib. Şinhua xəbər agentliyi Çinin iqlim dəyişikliyinin idarə olunmasında mühüm rol oynadığını vurğulayıb.

Barak Obamanın baş məsləhətçisi Brayan Diz isə Pekin və Vaşinqtonun bəyanatının mühüm əhəmiyyət daşıdığını bildirib. O deyib ki, bu addım Paris Sazişinin bu il qüvvəyə minməsinə ciddi təkan verə bilər.

XS
SM
MD
LG