Accessibility links

Çin Koreya yarımadasında ədalətin qələbəsinə mane olmayacaq


Çin baş naziri Ven Ciabao deyir ki, onun hökuməti Cənubi Koreya hərbi gəmisinə edilən ölümcül hücuma olan ədalətli cavaba əngəl yaratmayacaq.

Çin baş naziri Ven Ciabao deyir ki, onun hökuməti Cənubi Koreya hərbi gəmisinə edilən ölümcül hücuma olan ədalətli cavaba əngəl yaratmayacaq. Cənab Linin sözçüsünə əsasən Cənab Ven rəyini cümə günü Seulda Cənubi Koreya Prezidenti Li Myunq-bakla görüşü zamanı bildirib. Cənubi Koreya Şimalı Koreyanı martın 26-da 46 nəfərin ölümünə səbəb olan “Çeonan” hərbi gəmisini niyyətli şəkildə batırmaqda günahlandırıb. Cənab Venə istinadən deyilir ki, beynəlxalq araşdırmaların nəticəsi nəzərdən keçirdikdən sonra Pekin son qərarını obyektiv və haqlı şəkildə verəcək.

Çin lideri cümə günü cənab Li ilə təkbətək danışıqlara gəlib. Hər iki lider şənbə günü Jeju adasındakı istirahət guşəsinə Yaponiya baş naziri Yukio Hatayomanın da qoşulacağı üçtərəfli summit görüşünə yola düşəcək.

XS
SM
MD
LG