Accessibility links

Yapon nazirlər Nobel mükafatçısı üçün paltaryuyan maşın alacaqlar


Yaponiya kabinet nazirləri 1.2 milyon dollar həcmində tibb üzrə Nobel mükafatı almış Şinya Yamanaka üçün paltaryuyan maşın almaq məqsədilə pul yığıblar.

Britaniyalı alim John Guron-la birlikdə gövdə hüceyrələri üzərində apardığı araşdırmaya görə Nobel mükafatı ilə təltif olunan Yamanaka gülüşlə mükafat elan olunduğu vaxt paltaryuyan maşınını təmir etdiyini deyib.

Cümə günü Yaponiyanın elm üzrə naziri Makiko Tanaka 16 həmkarının imzaladığı pul hədiyyəsi sertifikatını Yamanakaya təqdim edib. Nazirlər hərəyə 126 dollar veriblər.
XS
SM
MD
LG