Accessibility links

Çin Yaponiyanı münasibətləri korlamaqda ittiham edir


Çin Yaponiyanı münasibətləri korlamaqda ittiham edir

Çin Yaponiyanı münasibətləri korlamaqda ittiham edir

Çin hökuməti Yaponiyanı Vyetnamda keçirilən ASEAN sammit əsnasında iki tərəf arasındakı danışıqlar zamanı proqres şanslarını korlamaqda ittiham edir. Hanoyda müxbirlərlə danışan Çin xarici işlər nazirinin yardımçısı Yaponiyanı Şərqi Çin Dənizində hər iki ölkənin idda etdiyi adalarla bağlı bəyanatına görə sərt tənqid edib. Çin elçisi deyir ki, yapon hökumətinin adalarla bağlı mövqeyi iki ölkənin rəhbərləri arasındakə görüşə mənfi təsir göstərəcək. Yaponiya rəsmiləri gərginliyin azaldılması məqsədilə baş nazir Naoto Kanın Çin baş naziri Ven Ciabao ilə bir araya gələcəyini xəbər verir. İki ölkə arasında münasibətlər çinli balıqçı gəmisinin iki Yaponiya Sahil Patrul gəmisi ilə toqquşmasından sonra pisləşib.

XS
SM
MD
LG