Accessibility links

Çin yuanın dəyərinin artmasını təhlükəli hesab edir


Çin yuanın dəyərinin artmasını təhlükəli hesab edir
Çin yuanın dəyərinin artmasını təhlükəli hesab edir

ABŞ və başqa ölkələrin yuanın dəyərinin artırılmasına dair çağırşlarına baxmayaraq, mubahisə bir neçə ildir ki, davam edir

Qanun layihəsi ABŞ Konqresində ötən həftə inkişaf etmiş valyuta məzənnəsinə düzəliş etməsinə görə Çini cəzalandırmaq qərarına gəlib. Qanunvericilər deyir ki, məsələyə dair diplomatiya müvəffəqiyyətsizliyə uğrayıb. Lakin Pekin valyutasının tədricən güclənməsinin Çinin və bütün dünyanın iqtisadiyatına müsbət təsir edəcəyini bildirib. Çinin baş naziri Ven Ciabao deyib ki, yuanın dəyərinin 20- 40 faiz arası artması bir çox Çin ixracatçılarını iflasa uğradacaq. Və Pekinin ABŞ-ın valyutanın dəyərinin sürətlə artmasına dair təyziqinə müqavimətin səbəbinin bir hissəsi budur. Pekin iyul ayından dollardan asılılığını aradan qaldırandan sonra yuan təxminən iki faiz artıb. Lakin bəzi beynəlxalq iqtisadiyyatçılar yuanın azı 30 faiz əsil dəyərindən aşağı olduğunu deyirlər. ABŞ iki faizin az olduğunu qeyd edərək aşağı dəyərləndirilən valyutanın Çin ixracını ucuzlaşdırdığını və geniş ABŞ bazarında defisitə mənfi təsir etdiyini bildirir. ABŞ və başqa ölkələrin yuanın dəyərinin artırılmasına dair çağırşlarına baxmayaraq, mubahisə bir neçə ildir ki, davam edir. Ötən həftə ABŞ Nümayəndələr Palatası Çin məhsullarının cəza tariflərinə yol aça biləcək qanun layihəsini qəbul ediblər. Çin ABŞ-ın ikinci ən böyük ticarət ortağıdır. Yuanın dəyərinin artmasının Çin iqtisadiyyatına nə dərəcədə sürətlə təsir edəcəyinə dair mübahisə mövcuddur. Asiya İnkişaf bankının baş iqtisadiyyatçısı Li Conq-va deyir ki, ixrac azalanda işsizlik arta bilər. Li: Əsas məsələ ixrac sənayesinin davamlı mənfəət əldə etməsi və iş yerləri yaratmasıdır. Çinə gəldikdə isə, biz bilirik ki, ixrac sektoru iş yerləri yaratmaqda mühüm rol oynayır - əsasındə gənclər üçün. Deməli, ixrac davam etməlidir. Bir çox hesablamalara görə Çin iqtisadiyyatı hər il milyonlarla yeni işçiyə iş yerləri yaratmaq üçün azı səkkiz faiz artmalıdır. 30 il müddətində Çin iqtisadiyyatını ixracat üçün istehsalı artırmaqda inkişaf etdirib. Ötən il ABŞ- Mərkəzi Bankının təhqiqatları yuanın 2005-ci ilin ortalarından hər il 10 faiz artdığını müəyyən ediblər. Çinin ixracatı bu gün təxminən 30 faiz aşağı olmalı idi. Başqa tərəfdən isə yuanın güclü olması neft və qaz, mineral və Çinin elektron ixracı üçün istifadə etdiyi, başqa ölkələrdə istehsal edilən xam malların itxalına az pul xərcləməyə kömək edir. Bu, Çin istehlakçılarına və istehsalatçılarına mənfəət gətirə bilər. Asiya İnkişaf bankının baş iqtisadiyyatçısı Li Conq-va deyir ki, Çin sürətlə inkişaf etdikcə yuan artmaqda davam edəcək. Li: Onlar nominal məzənnəni artırmasalar belə, inflyasiya yenə də yüksək olacaq. Nəticədə əsil məzənnə yenədə qalxacaq ki, ticarətin balansını aşağı salaraq tənzimləsin. Bir çox Asiya ixracatçıları bu halla qarşılaşıb. İqtisadiyyatçılar deyirlər ki, yuanı zəiflətmə Çində inflyasiyanı qızışdıracaq. Və bu nəticədə daxili əmtiənin rəqabət imkanını azaldacaq.

XS
SM
MD
LG