Accessibility links

Müdafiə Nazirliyinin əməkdaşlarına cinayət işi açılıb


Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

İyulun 29-da yerli media Azərbaycan Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının 3 yüksək vəzifəli əməkdaşının Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılması barədə məlumatlar yayıb.

Media saxlanan müfəttişlərin rüşvətxorluqda ittiham edildiyini və Səbael rayon Məhkəməsinin barələrində həbs qəti imkan tədbiri seçdiyini bildirir.

Öz növbəsində, Müdafiə Nazirliyi bildirib ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanılan materiallar qanuna müvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Müdafiə Nazirliyin mətbuat xidmətinin məlumatına görə, həmin materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi başlanılıb və hazırda istintaq aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG