Accessibility links

Cinayət hadisələrini canlandıran virtual texnologiya [Video]


Cinayət hadisələrini canlandıran virtual texnologiya
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Forensik Tibb İnstitutunun alimlərinin inkişaf etdikləri texnologiya polislərə, hakimlərə və vəkillərə cinayət səhnələrini görüntüləmək və hətta virtual cəsədyarma aparmağa imkan verir.

Okulus Rift adlanan qulaqlıq video oyunlar üçün istifadə edilir. Cihaza yüklənmiş Forensik Holodek adlanan softveyr 3D skannerlər vasitəsilə cinayət səhnələrini qurur. Müstəntiqlər 3D şəkillərdən istifadə edərək əsl cinayət hadisəsini şahidlərə və küçələrdəki izləyici kameralara əsasən quraşdırır.

Yaxın günlərdə baş vermiş insidentdə texnologiya ittihamçılara silahlı şəxsin cinayəti törətdiyini təsdiq etməkdə kömək edib və o, təqsirkar bilinib.

Radioloq Steffen Ross bunun necə işlədiyini izah edir.

Steffen Ross: "Əgər qətl baş veribsə, biz cinayət səhnəsini və cəsədi skan edirik və sonra bütün məlumatları kompyuterdə bir yerə yığırıq. Bələliklə virtual cinayət səhnəsi qururuq. Bu cinayət aktının 3D modelidir."

Softveyr hətta güllə traktoriyalarını qırmızı və sarı rəngdə göstərir.

Steffen Ross: "Biz güllənin trayektoryasının iki dimensiyadakından daha yaxşı görüntüsünü əldə etmişik."

İnstitutun inkişaf etdirdiyi digər texnologiya Virtobot adlanır. Bu robot məhkəmə işçilərinin virtual cəsədyarma aparmasına imkan verir.

İnstitutun alimi Robert Breybek deyir ki, sistem insan bədəninin üzdən və daxildən 3D modeli ilə təmin edir.

Robert Breybek: "Biz cəsədin yarasını dərisi ilə birlikdə rəngli skannerdən keçiririk və daha sonra bunu polisin bizimlə bir yerdə skan etdiyi 3D məlumatla birləşdiririk. Beləliklə 3D məlumatla qətl və ya yol qəza hadisəsini 3D modelində virtuallaşdırırıq."

Hər iki sistem dünyanın bir çox ölkəsində artıq istifadəyə qoyulub.

XS
SM
MD
LG