Accessibility links

Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparanlara cinayət işi qaldırılıb


Azərbaycan Baş Prokurorluğu erməni silahlı birləşmələrinin nəzarətində olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistan, İspaniya və Böyük Britaniya alimlərinə qarşı cinayət işi qaldırıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskoposyan, İspaniyanın Milli Təbiət Elmi Muzeyinin tədqiqatçısı Yolanda Fernandes Xalvo (Yolanda Fernandez-Jalvo), Böyük Britaniyanın Blanford Muzeyinin “Azox layihəsi”nin direktoru Tanya Kinq və Londonda Təbiət Tarixi Muzeyinin elmi işçisi Piter Endryusun 2002-ci ildən etibarən işğal edilmiş ərazilərimizdə yerləşən Azıx mağarasında arxeoloji qazıntı işlərini həyata keçirmələrinə, İspaniyanın Milli Təbiət Muzeyi və həmin ölkənin Elm və Texnologiya Nazirliyi, Böyük Britaniyanın Qaluay Universiteti, “Armenian General Benevolent Union”un London filialının qazıntı işlərinə maliyyə və digər dəstək vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrilə onların barəsində cinayət işi qaldırılıb.

Azıx mağarası
Azıx mağarası

Onlar təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpol-a müvafiq sorğu göndərilib.

Rəsmi Bakı bundan öncə də Britaniya və İspaniya arxeoloqlarını Dağlıq Qarabağda qazıntı işləri aparmamağa çağırıb.

2008-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bəyan etmişdi ki, Azıx mağarasında qazıntılar paleolit dövrünə aiddir ki, bu da qanunsuzdur və “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyası, UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.

2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu “qara siyahı”ya daxil edib.

Azıx mağarası Xocavənd rayonunda Azıx kəndi (Bakıdan 340 kilometr cənub-qərb) yaxınlığında altı mağaradan ibarət kompleksdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG