Accessibility links

AXCP sədrinin əmisi oğluna qarşı cinayət işi başlanıb


İnqilab Kərimov (Foto İnqilab Kərimovun facebook səhifəsindən görtürülüb)
İnqilab Kərimov (Foto İnqilab Kərimovun facebook səhifəsindən görtürülüb)

Hazırda Fransada mühacirətdə olan İnqilab Kərimova qarşı cinayət məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, yanvarın 7-də Fransada məskunlaşmış Azərbaycan vətəndaşı İnqilab Kərimovun “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində və kütləvi informasiya vasitələrində paylaşdığı fotoşəkildə odlu silahı – tapançanı nümayiş etdirərək ayrı-ayrı Azərbaycan vətəndaşlarını onların həyatları üçün real zorakılığı özündə əks etdirən öldürməklə hədələmə məzmunlu şərhlər yayması, eləcə də “İŞİD” terror təşkilatının Azərbaycanda terrorçuluq fəaliyyətinə açıq çağırışlar etməsi hərəkətlərində cinayət əməllərinin əlamətlərinin mövcudluğuna əsaslı şübhələr olduğundan Azərbaycan Baş Prokurorluğunda həmin faktlar üzrəCinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə, İ.Kərimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilib.

İnqilab Kərimov AXCP sədri ƏIi Kərimlinin əmisi oğludur. O, sosial şəbəkələrdə Azərbaycan iqtidarına qarşı sərt tənqidlərlə çıxış edən mühacirlərin aradan götürülıməsi ilə bağlı statuslara cavab olaraq yazıb ki, Avropaya ona görə mühacirətə gedib ki, yaşaya bilsin və qisasını alsın. Kərimov Facebook statusunda həmçinin Azərbaycanın fövqəladə hallar nazirinin oğluna qarşı da hədələyici ifadə işlədib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG