Accessibility links

Çində bu gün başlayan növbəti şiddətli leysan yeni dağıntılar törədib


Çində bu gün başlayan növbəti şiddətli leysan yeni dağıntılar törədib
Çində bu gün başlayan növbəti şiddətli leysan yeni dağıntılar törədib

Fəlakət yüzlərlə evləri daş və palçığın altında qoyaraq sakinləri evlərindən didərgin salıb

Şimal-qərbi Çində başlayan növbəti şiddətli leysan yağışı bazar günü torpaq sürüşməsindən sağ qalanlara yardım səylərini cətinləşdirir. Bu gecə başlayan leysan Qansu vilayətində yeni torpaq sürüşməsi törədərək ağır palçığı küçələrə və körpülərin üzərinə gətirib. Fəlakət təxmin edildiyinə görə azı 1117 nəfərin həyatına son qoyub. Onların əksəriyyəti Zouqu şəhərinin sakinləridir. Azı 625 nəfər itkin düşüb. Fəlakət yüzlərlə evləri daş və palçığın altında qoyaraq sakinləri evlərindən didərgin salıb. Xilas dəstələri 52 yaşlı kişini dağıntlar altından çıxarıblar. Lakin daha çox insanı xilas etmək ümidləri azalır.

XS
SM
MD
LG