Accessibility links

Çində daşqınlar 17 nəfərin həyatına son qoyub


Çində daşqınlar 17 nəfərin həyatına son qoyub
Çində daşqınlar 17 nəfərin həyatına son qoyub

44 insanın itkin düşdüyü təsdiq olunub

Çin rəsmilərinin bildirdiyinə görə, ölkənin cənub-qərbində qeydə alınan leysan yağışları nəticəsində 17 nəfərin öldüyü, 44-nün isə itkin düşdüyü təsdiq olunub. Rəsmilər deyir ki, bu gecə Zaotonq şəhərində torpaq sürüşməsi nəticəsində 4 nəfər həlak olub, 42 nəfər isə itkin düşüb. Vilayət hökuməti yaralanan 11 nəfərdən 2-nin ağır zədələndiyini bildirib. Rəsmi Şinhua xəbər agentliyinin məlumatına görə, qonşu Sincan vilayətində 7 nəfər ölüb, Yanday kəndində isə 1 nəfər itkin düşüb. Sima kəndində 6 cəsədin çıxarıldığı bildirilir. Meteoroloqlar növbəti 3 gün ərzində Çinin mərkəzi və qərb hissələrində aramsız yağışların davam edəcəyini proqnozlaşdırır.

XS
SM
MD
LG