Accessibility links

Çində incəsənət ustası ev dustağı edilib

  • Asgar Asgarov

Çində incəsənət ustası ev dustağı edilib

Çində incəsənət ustası ev dustağı edilib

Çində polislər avant-qard artist və fəalı onun Şanxaydakı incəsənət studiyasının dağıdılmasını qeyd edən ziyafətdə iştirak etməsinin qarşısını almaq üçün ev dustağı saxlayırlar. 2008-ci il Pekin Olimpiya oyunları üçün inşa edilmiş Quş Yuvası stadionunun dizaynına yardım etmiş Ay Veyvey deyir ki, ilk öncə Şanxay rəsmiləri onu köhnəlmiş anbarı incəsənt stuiyasına çevirməyə dəvət etmişdilər. Lakin o studiyanın tikilməsinə 1 milyon dollar xərclədikdən sonra adı çəkilməyən rəsmilər ondan üz döndərərək studiyanı sökdülər. O, səbəbin ona izah edilmədiyini deyir. Lakin Ay güman edir ki, buna səbəb onun siyasi fəallığıdır. Ay internetdə işgəncəyə məruz qaldıqdan sonra 6 polis işçisini qətlə yetirmiş adam haqda düşüncələrini yazıb.

XS
SM
MD
LG