Accessibility links

Çində itkin düşmüş hüquq müdafiəçisinin sorağı həbsdən gəldi


Çində itkin düşmüş hüquq müdafiəçisinin sorağı həbsdən gəldi
Çində itkin düşmüş hüquq müdafiəçisinin sorağı həbsdən gəldi

Çinin tanınmış insan haqları vəkilinin qardaşı deyir ki, 20 aydır itkin düşmüş Qao Jişenq ölkənin uzaq qərbində ucqar həbsxanadadır.

Qao Jiyi deyir ki, o, Pekin məhkəməsindən rəsmi bildiriş alıb. Sənəddə onun qardaşının Sincan vilayətindəki Şaya mahal həbsxanasında saxlanıldığı deyilir.

Qao Jişenq Çin polisi tərəfindən saxlanılaraq işgəncəyə məruz qaldıqdan sonra il yarım idi ki, yoxa çıxmışdı. Dövlət mediası onun şərti cəza qaydalarını pozduğuna görə 3 il müddətinə həbsə məhkum olunduğunu xəbər verib.

Qao 2006-cı ildə dövlətə qarşı çıxmaq ittihamı ilə 3 il həbsə məhkum edilmişdi. Ona beş il şərti cəza verilmişdi. Amma 2009-cu ildən bəri o, davamlı şəkildə heç bir ittihamsız həbsdə saxlanılır.

XS
SM
MD
LG