Accessibility links

Çində palçıq sürüşməsi baş verib

  • Amerikanın səsi

Çində palçıq sürüşməsi baş verib

Çində palçıq sürüşməsi baş verib

Çinin qərbində palçıq sürüşməsi nəticəsində dağ yamacında yerləşən iki zavodda 10 adam ölüb, 20 nəfər itkin düşüb.

Şinhua xəbər agentliyinin məlumatında deyilir ki, Şaanşi vilayətində yerləşən zavodlar 100,000 kub metr qaya və palçığın altında qalıblar. Sürüşmə günlərlə davam edən leysan yağışlarından sonra baş verib.

700-dən çox xilasedici ərazidə sağ qalanlar üçün axtarış aparıb.

Davam edən leysan yağışları xilasetmə səylərini əngəlləyib.

XS
SM
MD
LG