Accessibility links

Çində və Yaponiyada nümayişlər keçirilib


Yaponlar Senkaku Adalarının ölkələrinə məxsus olduğunu deyirlər

Yaponlar Senkaku Adalarının ölkələrinə məxsus olduğunu deyirlər

Çin və Yaponiyada Şərqi Çin Dənizdinə yerləşən adalara sahibkarlıq üzərində cərəyan edən mübahisə ilə bağlı nümayişlər keçirilib. Çinin Şian, Çenqdu və Jenqjou şəhərlərindəki nümayişlər daha böyük olub. Minlərlə çinli ölkələrinin adalar üzərindəki suverenliyini vurğulamış və yapon məhsullarına baykot qoyulmasına səsləmişlər. Xəbər agentlikləri etiraz aksiyalarının nisbətən dinc keçdiyini xəbər verib. Bununla belə iki yapon şirkəti Çenqdudakı mağazalarının vitrinlərinin sındırıldığını bildirirlər. Tokyoda 3,000-ə yaxın nümayişçi Çinin adalara “müdaxiləsinə” etiraz edib. Adalar qrupu Yaponiyanın Okinava vilayəti ilə Tayvan arasında yerləşir. Çinlilər arxipelaqı Diaoyu Adaları, yaponlar isə Senkaku Adaları adlandırır.

XS
SM
MD
LG