Accessibility links

çin, yol qəzası, avtobus, qəza

Çin mətbuatının verdiyi məlumata görə, ölkədə sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində ən azı 24 adam ölüb.

CCTV dövlət televiziyası bildirib ki, qəza ölkənin şərqində Vanqshay şəhəri yaxınlığında, Anhuy vilayətində baş verib.

Xilasedicilər hadisə yerində 3 saata yaxın işləyiblər və dövlət xəbər agentliyi Şinhuanın məlumatına görə, qəzadan 3 nəfər sağ çıxarılsa da, onlardan biri xəstəxanada vəfat edib.

CCTV bildirir ki, Çində hər il yol qəza hadisələri zamanı 70000 insan dünyasını dəyişir, 300000 insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alır.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG