Accessibility links

Prokurorlar Bo Şilainin həyat yoldaşının ailə xidmətçisi ilə birlikdə Britaniyali biznesmen Neil Heyvudun öldürülməsində ittiham edir

Çin prokurorları kommunist partiyasında yüksək vəzifəli rəsmi olmuş Bo Silainin həyat yoldaşını və onların ailə xidmətçisini Britaniya biznesmeninı qətə yetirmkədə ittiham ediblər.

Cümə axşamı Sinhua rəsmi xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, rəsmilər cütlüklə biznes əlaqələri olan Neyl Heyvudun Bonun həyat yoldaşı Qu Kailayın tərəfindən öldürüldüyünü bildirirlər. Qu və onların ailə köməkçisi Tsanq Saujunun Heyvudu zəhərlədikləri iddia olunur. O keçən ilin noyabr ayında vəfat edib.

Bu qalmaqal fevral ayında uzun müddət ailə xidmətçisi işləmiş Tsanqın ABŞ konsulluğuna qaçaraq Heyvudun ölümündə Qunun iştirak etdiyini ittiham etməsi ilə ortaya çıxıb.

Bo mart ayında rəsmilər tərəfindən korrupsiya araşdırması nəticəsində Çonqinqn şəhərinin partiya sədri vəzifəsindən azad edilib. Buna qədər o, Çin Kommunist Partiyasında karyera qura bilmişdi.

Bo ev dustaqlığında qalmaqdadır.
XS
SM
MD
LG