Accessibility links

Çində diqqətlə izlənilən məhkəmə hökmsüz başa çatıb


Çində son zamanların gündəmindən düşməyən siyasi qalmaqal doğurmuş məhkəmə işi bir neçə saat içində başa çatıb. Prosesdə bədnam Çin siyasətçisi Bo Şilainin həyat yoldaşı Qu Kaylaya qarşı qətl ittihamı irəli sürülməyib. Lakin məhkəmə onun biznesmen Neil Heyvudu zəhırlədiyini inkar etməyib.

Məhkəmə rəsmiləri ölkənin şərqi Hefei şəhərində möhkəm mühafizə olunan məhkəmədə hay-küyə səbəb olmuş məhkəmə işindən hakimin hökm çıxarılmadığını bildiriblər. Rəsmilər hökmün nə vaxt çıxarılacağını deməsələr də, prokurorlar cinayət işində “əsas günahkarın” Qu Kaylay olduğunu bildiriblər.

Noyabr ayında Bo Şilayın Kommunist Partiyasının lokal lideri olduğu ölkənin cənub-qərb şəhəri Çonginqdə məmurun arvadı Qu və onun xidmətçisi Britaniya biznesmeni Neil Heyvudu zəhərləməkdə ittiham olunurlar. Rəsmilər hesab edirlər ki, Qu ilə Heyvud arasında maliyyə problemləri yaşanılıb və qadın Heyvudun onun oğlunun həyatına təhlükə törətməsindən ehtiyat edib.

Təqsirli bilindiyi təqdirdə Qunu ölüm cəzası gözləyir. O, bir zamanlar Çin siyasətinin tanınmış siması olan həyat yoldaşı Bo Şilayın vəzifədən çıxarılmasına görə rəsmilərlə əməkdaşlıq etdiyi üçün daha yüngül cəza ala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG